"Qanun tələb edənlər özləri qanuna riayət etməlidirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
"Qərb İnstitutlarının maliyyə müqabilində Azərbaycan əleyhinə etdikləri təzyiqləri pisləyirik və bunu hər hansı bir formada ölkəmizin daxili işlərinə qarışmaq kimi qiymətləndiririk. Bu hal jurnalistika sahəsində qrand hesabına olursa bu lap pis və yolverilməzdir. Media qrumlarımızın belə işlərə rəvac verməsinə mənfi yanaşırıq". Bu sözləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədr müavini Əbdülvahab Manafov deyib.
O qeyd edib ki, hazırda Toplum TV və Abzas Media Qruplarının fəaliyyəti istintaq altındadır: "İnşallah istintaq dəqiqləşdirəcək ki, günahkar kimdir. Qeyd edirik ki, qanun tələb edənlər özləri qanuna riayət etməlidirlər. Bu saytlar və şəxslər korrupsiya əleyhinə çıxış etdikləri halda özləri korrupsiya ilə ittiham olunurlar. Hər kəs Azərbaycan mənafeyini hər şeydən üstün tutmalıdır. Xaricdən ayrılan qrantlar Azərbaycan əleyhinə istifadə olunmamalıdır. Hesab edirik ki, istintaq və məhkəmə məsələni obyektiv araşdırıb ədalətli qərar qəbul edəcək".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB