Ceyhun Bayramov Türkiyədə iraqlı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində iraqlı həmkarı Fuad Hüseyn ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Görüş zamanı dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluq vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə