“Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı daha da dərinləşir” - ŞƏRH EDİLDİ

“Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı daha da dərinləşir” - ŞƏRH EDİLDİ

“Bundan əvvəl dəfələrlə Prezident İlham Əliyevin Almaniyaya səfərlərində hər zaman almaniyalı iş adamları ilə Azərbaycanın iqtisadi potensialı mövzusunda müzakirələr aparılıb. Almaniya investorları, almaniya iqtisadiyyatında önəmli pay sahibi olan səhmdarları Azərbaycan iqtisadiyyatı haqqında maraqlanıblar. Əslində burada həm də cənab Prezidentə təşəkkür düşür ki, ölkə başçısı hər zaman səfərlərində siyasi məsələrlə yanaşı, iqtisadi məsələləri də ön planda tutur. Azərbaycanın iqtisadi imkanları, qeyri-neft ixracı sahəsindəki potensialı, həmçinin ölkəmizdə alternativ və bərpaolunan enerji resursları üzrə imkanlar haqqında və Azərbaycanın sahib olduğu sərvətlər barəsində daim Almaniya şirkətləri məlumatlandırılır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə kifayət qədər böyük iqtisadi potensial mövcud olduğu hər kəsə məlumdur və bu potensialdan yararlanmaq lazımdır: “Bu baxımdan bu gün yeni, iş görülməmiş, investisiya yatırılmamış ərazilərdə Almaniya da daxil olmaqla, Avropa şirkətləri çox yaxşı iş görə bilər. Bütövlükdə istər dövlət başçısının ötən il Almaniyaya səfəri, istərsə də bu ilki səfər, daha sonra isə Almaniyanın vacib şirkət rəhbərlərinin ölkəmizə səfərə gəlməsi və cənab Prezidentlə görüşməsi Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığını daha da dərinləşdirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə