"Sumqayıtda törədilmiş iğtişaş mərkəzin planlı fəaliyyətinin nəticəsi idi" - MÜNASİBƏT BİLDİRİLDİ

"Sumqayıtda törədilmiş iğtişaş mərkəzin planlı fəaliyyətinin nəticəsi idi" - MÜNASİBƏT BİLDİRİLDİ

"1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıtda törədilmiş iğtişaş mərkəzin planlı şəkildə fəaliyyətinin nəticəsində olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, hadisələr davam edərkən keçirilən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun iclasının stenoqramında deyilənlər söylədiklərimi aydın şəkildə göstərir: "Mərkəz bu təxribatı erməni cinayətkar üzvlərin əli ilə etdi. İlk növbədə belə bir suala cavab vermək lazımdır ki, təxribatın törədilməsində mərkəzin məqsədi nə idi? Mərkəz belə bir təxribatı törətməkdə Azərbaycana təzyiq etmək, yerində oturtmaq istəyirdi. Təxribatın törədilməsində Ermənistan xüsusi xidmət orqanlarının və təşkilatlarının məqsədi var idi. Məqsəd ondan ibarət idi ki, dünyaya göstərsinlər ki, azərbaycanlılarla ermənilər bir arada yaşaya bilmirlər. Dağlıq Qarabağ Muxtar vilayəti Azərbaycanın tərkibində ola bilməz.

Bu təxribat nə üçün məhz Sumqayıtda törədildi? Sumqayıt qapalı şəhər idi. Siyasi Büro İclasında söyləndiyi kimi "zeklərin yaşadığı, saxlandığı" bir şəhər idi. Əhalisinin tərkibi baxımından Sumqayıt müxtəlif idi. Belə bir təxribatı törətmək üçün xüsusi xidmət orqanlarının yaxşı istifadə edə biləcəyi şəhər idi. Hadisəni həyata keçirənlər kriminal elementlər idi. Onların da başında erməni dayanmışdı. Bununla bağlı istintaq materialları var. Ermənilər yanlış olaraq bildirirlər ki, guya, bu münaqişədə ilk qan Sumqayıtda tökülüb. Tamamilə, cəfəngiyatdır. İlk qan Xocalı-Əsgəran yolu üstündə erməni silahlıları tərəfindən qətlə yetirilən Əli və Bəxtiyarın qanıdır. Xocalı Sovet rəhbərliyinin, Ermənistan xüsusi xidmət orqanlarının təşkilatlarının və kriminal elementlərinin birgə həyata keçirdiyi hadisədir. Onun bütün günahı Sovet rəhbərliyi, xüsusi xidmət orqanları, Ermənistan, erməni təşkilatları və erməni kriminal elementlərinin üstünə düşür".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə