“Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən biridir“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən biridir“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Dünya alimləri həyəcanla bəyan edirlər ki, iqlim dəyişikliyi dünyanı təhlükəli məqamlarla üz-üzə qoyur. İqlim dəyişməsi, istiləşmə, süni qazlar və s. hər biri cəmiyyət üçün fəlakətdir. Artıq dünyanın nüfuzlu təşkilatları və böyük dövlətləri həyəcan təbili çalır və müəyyən təklifləri qarşılıqlı şəkildə beynəlxalq konfranslarda bölüşürlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin siyasi həyatında böyük hadisədir: “Belə ki, bu konfrans çərçivəsində 100 minə qədər nəfərin Azərbaycana gəlişi ölkəmizə olan inamın göstəricisidir. Azərbaycan da bu etimadı doğrultmaq üçün bütün imkanlarından istifadə edir, bu istiqamətdə uğurlu işlər görülür.

Digər tərəfdən BMT-nin siyahısında 200-ə qədər dövlət var. Lakin bu dövlətlər içərisində belə bir konfransın Azərbaycanda keçirilməsinin dəstəklənməsi onu göstərir ki, Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən biridir. Dövlətimizin iqtisadi gücü və siyasi iradəsi imkan verir ki, belə bir mötəbər konfransın keçirilməsinə ev sahibliyi etsin. Ölkəmizə gələcək qonaqlar Azərbaycanın iqlim dəyişikliyi sahəsində hansı uğurlar əldə etdiyini təhlil edəcəklər. Azərbaycan konfransa ev sahibliyi etməklə yanaşı, iqlim dəyişikliyi məsələsində də mühüm töhfələr verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə