Xocalıda həyatını itirənlərin xatirəsini yad edən azərbaycanlılara qoşuluruq - SƏFİRLİK

Xocalıda həyatını itirənlərin xatirəsini yad edən azərbaycanlılara qoşuluruq - SƏFİRLİK

Polşanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib. SİA xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Bu gün biz 1992-ci ildə Xocalıda həyatını itirənlərin xatirəsini yad edən azərbaycanlılara qoşuluruq. Xocalıda ailələrini, dostlarını, evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə