"Ermənistanın Rusiyaya qarşı açdığı cəbhə öz başında çatlayacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistanın Rusiyaya qarşı açdığı cəbhə öz başında çatlayacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Mətbuatda Zelenskinin İrəvana gəlməsi ilə bağlı xəbər yayılıb. Çünki son 6 ay ərzində Paşinyan Rusiyaya qarşı açıq müstəvidə çıxış edir və Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin etmədiyini, onlar üçün etibarlı tərəfdaş olmadığını bildirir. Bu səbəbdən də Ermənistan Fransanın çətiri altına keçməyə çalışır. Amma bunlar əbəsdir. Çünki Rusiyanın İrəvanda 102-ci hərbi bazası var. Ermənistanın Türkiyə və İranla sərhədlərini rus qoşunları qoruyur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Ermənistanın tezliklə Rusiyadan xilas olması bir xülyadır: "Ona görə də Ermənistanın verdiyi ritorik bəyanatlar onu deməyə əsas verir ki, Qərbin təzyiqi ilə Ukraynaya sözdə dəstək göstərir. Həmçinin, Ermənistan Rusiyanın Ukraynaya hücumunu əsassız sayır və dəstək göstərilməsini istəyir. Bu da bir siyasi gedişdir. Zelenskinin İrəvana gəlməsi o demək deyil ki, onlar Rusiyaya qarşı nəsə edəcəklər. Sadəcə olaraq Fransa, ABŞ və digər Qərb ölkələri Ermənistandan Rusiyaya qarşı istifadə etmək istəyirlər. Bunun üçün ilk növbədə Rusiyanın Cənubi Qafqazdan, yəni Ermənistandan sıxışdırıb çıxartmağa çalışırlar".

"Bunun nə dərəcədə asan olacağını demək çətindir. Rusiya olmadan Ermənistan heç nəyə nail ola bilməz. Onun Rusiyaya qarşı açdığı cəbhə öz başında çatlayacaq və Ermənistanda hakimiyyət uğrunda ciddi mübarizə gedəcək. İnanıram ki, bu günlərdə Rusiya da Ermənistana layiqli cavabını verəcək. Zelenskinin İrəvana gəlməsi heç nəyi dəyişməyəcək",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə