"Ermənistandakı ictimai-siyasi vəziyyət partlayışa doğru gedir" - POLİTOLOQ BİLDİRDİ

"Ermənistandakı ictimai-siyasi vəziyyət partlayışa doğru gedir" - POLİTOLOQ BİLDİRDİ

“Ermənistanın Rusiya ilə münasibətlərinin soyuması heç şübhəsiz İrəvan üçün təsirsiz ötüşməyəcək. Bəzi politoloqlar Paşinyan hökumətinin məqsədyönlü şəkildə Ermənistanı uçuruma sürüklədiyini iddia edirlər. Bu həqəqətənmi belədir? Əgər belədirsə Ermənistan iqtidarı bunu dərk etmirmi”? Bu barədə SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, indiki halda Paşinyan və onun komandası düşdükləri acınacaqlı vəziyyətdən çıxış yolu axtarırlar: “Onların hesablamalarına və beynəlxalq səviyyədə fəaliyyət göstərən politoloqların fikrincə Paşinyan Rusiya ilə münasibətlərin gərginləşməsinə bir xilas kəməri kimi baxır. Onsuz da Ermənistandakı mövcud ictimai-siyasi vəziyyət getdikcə partlayışa doğru gedir və Paşinyanın bu partlayışdan çıxış yolu yoxdur”.

Ə.İbrahimovun sözlərinə görə, Paşinyan son günlərini yaşayır və Azərbaycan və ya Rusiya ilə müharibə baş verməsə onu hakimiyyətdən uzaqlaşdıracaqlar: “Rusiyanın Ermənistana müdaxiləsi və ya Azərbaycanla kiçicik də olsa müharibə onu xilas edə bilər. Məhz buna görə də Ermənistan gah bizimlə sərhəddə təxribatlar törədərək Azərbaycanın cavab zərbəsinə nail polmağa çalışır, gah da rusiyaya qarşı demarşlar edir. Amma Rusiyanın qarşısında onu müdafiə edəcək qüvvənin olmaması Paşinyanı çəkindirmir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə