"Ölkəmizə beynəlxalq aləmdə olan hörmət günbəgün artır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ölkəmizə beynəlxalq aləmdə olan hörmət günbəgün artır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il ölkəmizdə keçiriləcək". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

O bildirib ki, beynəlxalq konfransın ölkəmizdə keçirilməsinə dair qərar qəbul olunub: "Bu, ölkəmiz üçün növbəti böyük uğurdur. COP29-un ölkəmizdə keçirilməsi qərarının verilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə Prezident cənab İlham Əliyev vurğuladı ki, sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz buna layiqdir və aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olub. Ölkəmizə beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Artan beynəlxalq hörməti ölkəmiz Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində qazanıb. Ölkə başçısının həyata keçirdiyi müstəqil siyasət, prinsipial mövqe, beynəlxalq hüquqa bağlılıq, sədaqət və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi Azərbaycana olan hörməti daha da artırdı".

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsin çox böyük siyasi əhəmiyyətə malikdir. Müşavirədə Prezident cənab İlham Əliyev bildirdi ki, bu hadisənin önəmi ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Bu isə beynəlxalq ictimaiyyətin yekdil mövqeyi deməkdir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə Prezident cənab İlham Əliyev antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələrinin Azərbaycana əsassız ittihamlar irəli sürməsinə də diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Ölkə başçısı onu da qeyd etdi ki, bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Fransanın bu mövqeyi beynəlxalq riyakarlıqdır və bu ölkədə bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar.

Prezident cənab İlham Əliyev müşavirədə onu da bəyan etdi ki, bütün bunlar “İkili standartlar” siyasətinin təzahürüdür və bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Unutmamaq lazımdır ki,beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir" - deyə o, sözlərinə əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə