“Azərbaycan Cənubi Qafqazda söz sahibi və əvəzedilməz tərəfdaşdır“ - EKSPERT DANIŞDI

“Azərbaycan Cənubi Qafqazda söz sahibi və əvəzedilməz tərəfdaşdır“ - EKSPERT DANIŞDI

“COP29 kimi dünya əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ilk növbədə çox ciddi tarixi əhəmiyət daşıyır. Bakıya belə bir etimad göstərilməsi Azərbaycanın siyasi və iqtisadi imkanlarının, dünyada durmadan artan nüfuzunun, ölkəmizə olan xüsusi inam və etibarın gstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, Azərbaycan uzun illərdir bir çox beynəlxalq tədbirə ev sahibliyi edib və yüksək peşəkarlıq nümayiş etdirib: “Sözsüz ki, ölkəmiz COP29-un da uğurla keçirilməsinə nail olacaq. Bununla da Azərbaycanın beynəlxalq aləmdə hörməti daha da artacaq, böyük dividentlər qazanılacaq. Bu gün ölkəmiz Cənubi Qafqazda bütün mənalarda söz sahibi və əvəzedilməz tərəfdaşdır. Azərbaycan Avropanın enerji təminatçısı kimi mühüm rol oynayır, bir çox nəhəng neft-qaz layihələrinin müəllifi kimi çıxış edir. Amma eyni zamanda Azərbaycan yaşıl enerji sahəsinin inkişafı üçün çox böyük layihələr üzərində işləyir. Alternativ enerji mənbələrindən istifadə, yaşıl enerji sektorunun şaxələndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Ölkəmiz bununla dünyaya töhvələr verir. Bu xüsusda, COP29-a ev sahibliyi etmək önəmli amildir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə