"COP29 qlobal tədbir olmaqla yanaşı,..." - ŞƏRH EDİLDİ

"COP29 qlobal tədbir olmaqla yanaşı,..." - ŞƏRH EDİLDİ

“Ötən ilin sonunda dünyanın ən böyük tədbiri kimi qiymətləndirilən COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar qəbul edildi. Dünya dövlətləri belə mötəbər, əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsinə razılıq verməklə, əslində Azərbaycanın iradəsi, mövqeyi, ölkəmizin ortaya qoyduğu maraqlarla hesablaşdıqlarını nümayiş etdirdilər. Eyni zamanda COP29-un Azərbaycanda keçirilməsi yaşıl enerji, iqtisadiyyat sahəsində dövlətimizin qətiyyətli iradəsini, dünyanın bir çox dövlətlərindən öncə qabaqlayıcı addımlar atdığı nümayiş etdirdi. COP29 qlobal tədbir olmaqla yanaşı, həm də dünyanın müasir çağırışlarını özündə əks etdirən bir platforma rolunda çıxış edir. Dünyanın gələcək inkişaf istiqamətlərini, bəşəriyyəti təhdid edən qlobal problemlərin həlli yollarının ən yüksək səviyyədə müzakirə və həlli yollarının təklifi platforması kimi qiymətləndirilir. Bu mənada dünyanın gözü, qəlbi bir neçə həftə ərzində məhz Azərbaycanda, Bakıda döyünəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

O bildirib ki, COP29 44 günlük Vətən müharibəsindən sonra öz gücümüz hesabına dünyada uzun illərdən sonra ərazi bütövlüyü və suverenliyini təmin etmiş bir dövlət olmaqla Azərbaycanın gücünü, nüfuzunu nümayiş etdirir: “Ortaya qoyduğumuz reallıqlarla dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin hesablaşdığını nümayiş etdirir. Çünki bir sıra güclər, xüsusilə Ermənistanı alət edərək, bölgəni yenidən qarışdırmağa çalışan güclər Azərbaycanın yaratdığı reallıqları qəbul etmək istəmir və bu mövqeyə zidd hərəkətlər sərgiləməklə yeni reallıqlar yaratmağa çalışır. Amma dünyanın ən böyük və nüfuzlu tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı qeyd-şərtsiz və yekdil qərarın qəbul edilməsi bir daha göstərdi ki, həmin güclər də bizim iradəmizlə hesablaşmalıdırlar.

COP29 bir çox istiqamətlərdə Azərbaycanın gücünün dünya dövlətlərinə çatdırılması üçün çox mühüm platformaya çevriləcək. Azərbaycanın iqtisadi mühitinin təbliği, işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma prosesində dünya iqtisadi güclərinin iştirak perspektivlərinin təqdimi baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, bir çox istiqamətlərdə, həmçinin külək, günəş və digər yaşıl enerji sektorlarının Azərbaycan ərazisində perespektivli ərazilərin investisiyaya yatırımı baxımından cəlbediciliyi, yenidən qurulan Qarabağ bölgəsinin Azərbaycan iqtisadiyyatına inteqrasiyası prosesində dünya investorlarının cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. COP29-dan sonra biz dünya üçün dünyaya fərqli bir Azərbaycanın açılacağını görə biləcəyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə