Əli Əsədov Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

Əli Əsədov Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

“Mənə göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında Baş nazir Əli Əsədov deyib.

“Müstəqil Azərbaycan Respublikası tarixində ilk dəfə olaraq bütün suveren ərazimizi əhatə edən prezident seçkilərində qazandığı möhtəşəm qələbə münasibətilə cənab İlham Əliyevi təbrik edirəm. Qədirbilən Azərbaycan xalqı öz layiqli seçimini edərək dövlət başçısına yüksək etimadını göstərdi. Prezident İlham Əliyev son 20 ildə geosiyasi şərtlər fonunda respublikanı bölgənin lideri olan, dünya birliyində layiqli yerini tutan bir dövlətə çevrilməsini təmin edib. Dövlət başçısı müdrik rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 44 günlük müharibədə işğaldan azad olunması, ərazi bütövlüyümüzün tam bərpa olunması müstəqil tariximizin ən şanlı səhifəsidir. Bu gün Azərbaycan ən şərəfli dövrünü yaşayır”,- deyə Ə.Əsədov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə