Qazaxda sərhədçilər üçün inşa olunmuş yaşayış binaları istifadəyə verildi - FOTOLAR
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “Qazax” əlahiddə sərhəd diviziyasının qarnizon kompleksinin açılışı zamanı hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası çərçivəsində fevral ayının 15-də Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında yeni inşa olunmuş yaşayış binaları xidməti istifadəyə verilib. SİA xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, DSX-nin rəisinin müavini general-leytenant Cavid Abdullayev və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hərbi qulluqçular və onların ailə üzvləri üçün inşa olunmuş yaşayış binalarının açılışında iştirak edib.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından və Azərbaycan dövlət sərhədlərinin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun inkişaf etdirilməsinin, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsinin, dövlət sərhədinin mühafizəsinə ali diqqətin növbəti təzahürü olmasını xüsusi olaraq vurğulayıblar.
Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olunub və xidməti mənzillərə baxış keçirilib.
İstifadəyə verilmiş yaşayış şəhərciyi 5 binadan 140 mənzildən ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub, həyətyanı ərazidə 120 kvadratmetrdən ibarət 5 ədəd söhbətgah, nasosxana binası və 600 kvadratmetrlik su rezervuarı inşa edilib.
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



