"Azərbaycan Latviya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaşdır"
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu ölkənin daxili işlər naziri Rihards Kozlovskislə görüşüb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, ölkəmizin Latviyadakı səfirliyindən bildiriblər ki, görüşdə Elnur Sultanov cari ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib. O, Azərbaycan ilə Latviyanın strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini və əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.
Nazir Rihards Kozlovskis iki ölkə arasında ali və yüksək səviyyələrdə həyata keçirilmiş səfərlərin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Latviya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaş olduğunu bildirib.
Görüş əsnasında Azərbaycan və Latviya arasında hüquq-mühafizə sahəsində mövcud olan əməkdaşlığın cari vəziyyəti və inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB