"Böyük Qayıdış sürətlə davam etdirilir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"Böyük Qayıdış sürətlə davam etdirilir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, Qarabağ və Şərqi Zəngəzur rayonlarının milli iqtisadiyyata reinteqrasiyası əsas prioritetə çevrilib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi hazırda ölkəmizdə həyata keçirilən siyasətin əsas ana xəttini təşkil edir. Böyük Qayıdış Proqramı çərçivəsində tikinti və şəhərsalma, infrastrukturların yaradılması, insanların öz evlərinə geri dönüşünün sürətlə təmin edilməsi və digər mühüm layihələr fasiləsiz şəkildə davam etdirilmədkdədir. İndiyə qədər Zəngilanda “Ağıllı kənd”in, Füzilidə, Ağdərədə, Laçın şəhərində və Zabuxda sakinlərinin öz doğma yurdlarına qayıdışı bu prosesin hədsiz nəhəng ümüumdövlət işinə çevrildiyini təsdiqləyir”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, 2024-cü ildə də işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı proqrama əsasən Şuşa, Füzuli, Cəbrayıl, Xocalı və Xocavəndə, Xankəndinə digər ərazilərdə inşa edilən yaşayış məntəqələrinə insanların qayıdışı baş tutacaq: “Bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə ümumilikdə 100 ailənin köçürülməsi planlaşdırılır. Xocalıya 50, Xankəndiyə 50 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Şuşa və Kəlbəcərdə, Laşında, Zəngilanda və digər ərazilərdə inşa edilən kənd və qəsəbələrin tikintisi yekunlaşdıqca bu il ərzində həmin şəhər və rayonlara da köç gerçəkləşəcək. Cənab Prezident İlham Əliyev yorulmadan insanların 30 illik Vətən həsrətinə son qoyduğu kimi, doğma ocaqlarına qayıdsışı, layiqli yaşayışı, işlə təmin olunması üçün da çalışır”.

A.Hüseynov bildirib ki, Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasını tamamilə ölkəmizin maliyyə imkanları hesabına həyata keçirilir və bu proses davam etməkdədir: “Məsələn ötən il dövlət büdcəsinə yenidən baxılma nəticəsində büdcədən bu məqsədlər üçün əlavə 1,8 milyard manat ayrıldı. Eləcə də 2023-cü ildə Böyük Qayıdışın icrası üçün əlavə olaraq həm Prezidentin Ehtiyat Fondundan, eləcə də Büdcənin Ehtiyat Fondundan vəsait ayrıldı. Beləliklə, ümumi məbləğ 5 milyard manatı üstələdi. 2024-cü ilin dövlət büdcəsində də müəyyən vəsaitlər nəzərdə tutulub. Dövlətin maliyyə imkanlarından asılı olaraq, əlavə gəlirlər olduqda və yaxud büdcə vəsaitlərinə qənaət olunduqda həmin pullar ilk növbədə qeyd etdiyiniz məqsədlərə yönəldiləcək. Nəticədə büdcədə imkanlar artdıqca ilk növbədə vəsaitlər Böyük Qayıdışın sürətli icrasına yönəldiləcək və Xocalı, Xocavənd, Cəbrayıl, Şuşa, Ağdərə və digər rayon və şəhərlərə insanların geri dönüşü təmin ediləcək”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə