"Əli Kərimli Sevinc Osmanqızı uzun müddət koalisiya şəklində fəaliyyət göstərib" - PARTİYA SƏDRİ DANIŞDI

"Əli Kərimli Sevinc Osmanqızı uzun müddət koalisiya şəklində fəaliyyət göstərib" - PARTİYA SƏDRİ DANIŞDI

"Əli Kərimli Sevinc Osmanqızı cütlüyü uzun müddət koalisiya şəklində fəaliyyət göstərib". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

O, bildirib ki, onları birləşdirən bir məqam olub, ikisinin də fəaliyyəti Azərbaycan hakimiyyətinə, dövlətçiliyinə qarşı yönəlib: "Çünki Azərbaycan dövlətinə qarşı olan güclərin dəyirmanına su tökməklə faktiki olaraq Azərbaycana qarşı fəaliyyət sərgiləyiblər. Görünür ki, müəyyən məqamda onları idarə edən güclərin maraqları üst-üstə düşmür. Bu səbəbdən yollar ayrılır. Amma mən bütövlükdə hər iki fəaliyyəti Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət kimi qiymətləndirirəm. Onların sərgilədiyi mövqe heç bir halda Azərbaycanın dövlət və milli maraqlarına uyğun deyil".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə