“Müşahidə apardığım bütün məntəqələrdə yüksək seçici fəallığı görünür” - Kamran Bayramov
“Respublika üzrə müşahidəçi kimi qeydiyyatdan keçmişəm. Seçki prosesini Yasamal rayonu ərazisində yerləşən 15 saylı Yasamal birinci, 16 saylı Yasamal ikinci, 17 saylı Yasamal üçüncü seçki dairələri üzrə izləyirəm. Seçki məntəqələrində yüksək fəallıq nümayiş olunur". SİA xəbər verir ki, bunu secki-2024.az saytına Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, seçicilər səhər saatlarından etibarən seçki məntəqələrinə səs verməyə gəliblər: “Müşahidə apardığım seçki məntəqələrində yerli QHT nümayəndələri, seçki müşahidə missiyalarının üzvləri, ayrı-ayrı partiyaların təmsilçiləri prosesi izləyirdi. Bütün müşahidəçilər seçki prosesinin qanunun tələbləri əsasında reallaşdığını söylədi. Müşahidə apardığımız məntəqələrdə beynəlxalq missiyaların nümayəndələri də seçki prosesini izləyirlər. Onlar da seçici fəallığını yüksək qiymətləndirirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB