“Seçki başladığı andan heç bir problemlə rastlaşmamışıq“ - MÜŞAHİDƏÇİ

“Seçki başladığı andan heç bir problemlə rastlaşmamışıq“ - MÜŞAHİDƏÇİ

“Bu gün Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri günüdür. Demək olar ki, 30 ildən bəri Azərbaycan torpaqlarının müəyyən qismi işğal altında olduğu müddətdə keçirilən seçkilərlə bugünkü prezident seçkilərinin fərqi var. Bu gün bütöv Azərbaycanda, işğaldan azad edilmiş ərazilərimizdə də seçkilər keçirilir”. SİA xəbər verir ki, bu sözləri Böyük Azərbaycan Partiyasından müşahidəçi Tamilla Babaşova deyib.

T.Babaşova bildirib ki, seçici fəallığı olduqca yüksək səviyyədədir: “Hətta məntəqə açılmamışdan öncə belə məktəbin həyətində seçicilərin fəallığı müşahidə olundu. Doğurdan da, qürurvericidir. Seçki başladığı andan müşahidə aparırıq və hələ ki, heç bir problemlə rastlaşmamışıq. Ümid edirəm ki, gün sonuna qədər də belə davam edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə