"Azərbaycan bir çox ilklərə imza atdı" - POLİTOLOQ ŞƏRH EDİLDİ

"Azərbaycan bir çox ilklərə imza atdı" - POLİTOLOQ ŞƏRH EDİLDİ

"İşğaldan azad edilmiş ərazilərə köç prosesi çox yüksək səviyyədə həyata keçirilir. Qısa müddət ərzində artıq 5 mindən çox soydaşımız öz doğma yurduna geri dönüb. Dünya müharibələrinin tarixinə baxsaq, müharibədən sonrakı ilk beş il ərzində bərpa işlərinin lazımi səviyyədə olmadığını görərik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, bu günə qədər hələ heç bir dövlətdə müharibədən bir il sonra köçkünlərin geri qayıtması baş verməyib: "Azərbaycan isə bunu bacardı, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri çox sürətli şəkildə həyata keçirilir. Dünyanın bir çox ölkələri, aparıcı şirkətləri Qarabağda çalışır. Azərbaycan heç kəsdən borc almadan bütün işləri özü həyata keçirir.

İlk dəfə Azərbaycanda ağıllı kənd və şəhər layihləri də məhz işğaldan azad edilmiş ərazilərdə həyata keçirildi. Həmçinin ölkə ərazisində ilk dəfə olaraq yaşıl enerji zonası Qarabağda yaradılıb. Ümumiyyətlə Qarabağda görülən işlər sayəsində Azərbaycan bir çox ilklərə imza atdı və bunların hər biri ölkəmizin uğurlarıdır".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə