"Əli Kərimli evdə oturub öz xəyallarında qurduğunu danışır" - PARTİYA SƏDRİ BİLDİRDİ

"Əli Kərimli evdə oturub öz xəyallarında qurduğunu danışır" - PARTİYA SƏDRİ BİLDİRDİ

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook sosial şəbəkəsində etdiyi paylaşımda bildirib ki, hələ heç bir seçkinin xalqımız tərəfindən bu qədər mütəşəkkilliklə boykot edildiyini görməyib. Söhbət hansı boykotdan gedir? Əli Kərimlinin qeyd etdiyi "boykot"a gedənlər kimlərdir? SİA mövzu lə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin fikrini öyrənib.

A.Əlizadə bildirib ki, Əli Kərimli görünür evdə oturub öz xəyallarında qurduğunu danışır: "Xalqın, insanların içərisində olmadan, prosesin necə getdiyini real olaraq müşahidə etmədən bu cür fikirlər səsləndirmək heç bir halda, heç bir siyasətçiyə başucalığı gətirmir”.

Partiya sədrinin sözlərinə görə, bu gün boykotdan söhbət gedə bilməz: “Reallıq bundan ibarətdir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti, xüsusilə də, torpaqlarımızı işğaldan azad etdikdən sonra İlham Əliyevin növbəti dəfə seçilməsinə səs verəcək. Xalq seçkilərdə iştirak etməklə öz istəyini reallaşdıracaq. Əvvəlcədən seçkilərə bu cür münasibət bildirmək, real olmayan məsələləri dilə gətirmək bu tip siyasətçilərin növbəti addımlarından biridir və heç bir halda həqiqəti özündə əks etdirmir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə