"Heç kim Azərbaycanla şantaj dili ilə danışa bilməz" – DEPUTAT MÖVQEYİ
“Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz davranışı suallar yaradır. AŞPA reallığı, həqiqəti qəbul etmək istəmir. Əslində, bütün bunlar düşünülmüş, planlaşdırılmış və Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Bunu Azərbaycan nümayəndə heyətinin bəyanatında da görmək olar. Bəyanatda konkret olaraq vurğulanıb ki, Azərbaycana qarşı əsassız ittihamların səsləndirildiyi bir məkanda işləmək mümkün deyil”. SİA xəbər verir ki, bu açıqlama ilə Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edib.
Deputat bildirib ki, AŞPA bir çox dəyərlərdən uzaq olan quruma çevrilib: “Bəzi avropalı parlamentarilər azərbaycançılığa, türkçülüyə, İslama qarşı açıq-aşkar hörmətsizlik edirlər. Azərbaycanda keçiriləcək prezident seçkilərinə müdaxilə edib ölkəmizdə demokratik şəkildə fəaliyyət göstərən institutlara kölgə salmaq istəyirlər. Ermənistanın təcavüzkar siyasətinə qarşı 20 ildə bir dəfə də olsun fikir bildirməyən, Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən təşkilat, yüz minlərlə qaçqın və köçkün azərbaycanlını görməzdən gəlib, onların problemləri ilə məşğul olmayıb və bu gün bizə qarşı ədalətsiz mövqe sərgiləyir. Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj dili ilə danışa bilməzlər. Bizimlə kimsə təhdid dilində danışa bilməz. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlər Avropa Şurası öz Parlament Assambleyasının dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurur. Azərbaycanı qınayırlar ki, niyə Avropa Şurasını ölkədə keçirilən seçkiləri müşahidə üçün dəvət etməyib. Çox doğru edib, çünki AŞPA 23 ildə bir dəfə də olsun obyektiv mövqü tutmayıb, daim ermənipərəst mövqe tutub. Ona görə də seçkilərə müşahidəçi qismində dəvət edilməyib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB