"Azərbaycan ordusu istənilən tapşırığı yerinə yetirə biləcək bir ordudur" - HƏRBİ EKSPERT FİKRİ
“Azərbaycan ordusunun gücü qarşıda qoyulan vəzifəni yerinə yetirməsi, vətən müharibəsində qələbə çalması, müharibədən sonrakı dövrdə antiterror tədbirlərinin aparılması ilə bağlıdır”. Bu barədə SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, nüfuzlu beynəlxalq qurumlar var ki, mütəmadi olaraq statistika aparırlar: O statistika 60 amil üzrə aparılır. Orada bütün amillər, istiqamətlər və faktorlar nəzərə alınaraq hazırlanır. Son məlumata görə ordusu ən güclü ordular sırasında 59-cu yerdə qərarlaşıb. Bu da digər ölkələrlə müqayisədə Azərbaycanın gücünü göstərir. Burada böyük dövlətlər, hərbi tarixi Azərbaycandan daha çox olan dövlətlər də var”.
Ekspert bildirib ki, prinsip cəhətdən hər ordunun gücü dövlətin qüdrəti, iqtisadi potensialı, maliyyə imkanları, daxildə olan sabitliyi ilə bilavasitə bağlıdır: “Bu cəhətdən də demək olar ki, bu gün qarşıda qoyulan istənilən tapşırığı yerinə yetirə biləcək durumda olan bir ordudur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB