Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb. SİA-nın məlumatına görə, o, kütləvi informasiya vasitələrinin nümayəndələrindən də bu məsələni gündəmə gətirmələrini istəyib:
"Əgər beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərə getmirlərsə, bunu fəaliyyətimizə biganəlik kimi qiymətləndiririk. Əgər beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərə getmirlərsə, siyasi mövqe nümayiş etdirmiş sayılırlar. Seçkilərdə düzgün müşahidəçilik xüsusilə beynəlxalq müşahidəçilərin missiyasıdır. Onlar bütün ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdə seçkiləri müşahidə etməlidirlər. Bunu yaxşı səviyyədə onların diqqətinə çatdırmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB