“Azərbaycanın uğurla gördüyü işlər dünyada qısqanclıqla qarşılanır” - FƏLSƏFƏ DOKTORU DANIŞDI
“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Həmin ildən Azərbaycan dövlətinin bayrağı işğaldan azad edilmiş ərazilərimizdə dalğalanmağa başladı. Lakin biz bilirdik ki, proseslər yarımçıq qalıb. Üç il ərzində gözlədik ki, məsələlər həllini sülh yolu ilə tapsın. Lakin Ermənistan tərəfinin göstərdiyi qeyri-konstruktiv mövqe nəticəsində bu məsələlər həll oluna bilmədi”. Bu sözləri SİA-ya açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.
Onun sözlərinə görə, 2023-cü ilin aprel ayında Laçında sərhəd buraxılış məntəqəsinin qurulması ilə artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu: “Buna baxmayaraq, Azərbaycan ərazisində yenə də Ermənistan ordusunun separatçı qüvvələri hələ də qalmaqda idi. Yəni, onlar əksinə silahlanır, Azərbaycana qarşı mina terroru həyata keçirirdilər. Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi anti-terror tədbirləri nəticəsində isə ölkəmizdə separatizmin kökü kəsildi, bütün torpaqlarımızda suverenliyimiz bərpa edildi.
İşğaldan azad edilmiş ərazilərimizdə görülən bərpa-quruculuq işlərinin əhəmiyyəti olduqca böyükdür. Keçən il ərzində artıq 5000-ə yaxın məcburi köçkün öz doğma torpaqlarına qayıdıb. Biz şəhərlərimizi, kəndlərimizi ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə yenidən qurur, yaradırıq. Bu istiqamətdə mühüm addımlar atılır, işlər görülür. Bərpa və yenidənqurma işlərinin sürəti isə Azərbaycanın gücündən xəbər verir və dünyada birmənalı olaraq qarşılanmır, qısqanclıqla qəbul edilir.
Ölkə başçısı İlham Əliyev çıxışı zamanı 2024-cü ildə köç prosesinin daha sürətlə həyata keçəcəyini vurğuladı. Həmçinin bu il ərzində Xankəndində, Xocalı sakinlərinin öz evlərinə qayıdacağı qeyd olundu. Bu da Azərbaycan xalqı üçün sevindirici bir haldır. Bütün bunlar üçün Ali Baş Komandan başda olmaqla ordumuza, qazilərimizə təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB