Qərbin sifarişi..?
Ermənistanda qisasçılıq hissi ilə alışıb-yanan revanşçı qüvvələr imzalanması gözlənilən sülh müqaviləsinə qarşı çıxmağa başlayıblar. Belə ki, onlar sülh müqaviləsinin imzalanmasından sonra bir daha Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının irəli sürülə bilinməyəcəyini yaxşı anlayırlar.
Bu məsələdə xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporu da əlindən gələni edir
Məhz bu baxımdan, bir sıra siyasi qüvvələr nəyin bahasına olursa-olsun, sülh müqaviləsinin bağlanmasının əleyhinədir.
Onu da qeyd edək ki, bu məsələdə xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporu da əlindən gələni edir. Daha dəqiq desək, Qərbin bəlli qurumları üçün yem olan erməni diasporu sülh müqaviləsinin imzalamasına qarşı tərtib olunmuş yeni planı icra etməyə başlayıb.
Beləliklə, Ermənistanın hərbi-siyasi cəhətdən əldən düşdüyü bir vaxtda sülh müqaviləsi imzalamağın onlar üçün ciddi təhlükə yarada biləcəyini düşünənlər hesab edirlər ki, bu vəziyyətdə bağlanacaq sülh sazişi qalib Azərbaycanın diktəsi altında imzalanacaq və bu fakt Ermənistanın növbəti, həm də daha acınacaqlı kapitulyasiya aktı olacaq.
Eyni zamanda, ehtimallar var ki, Ermənistanın baş naziri Nikol Paşinyanı da siyasi alverə təhrik edənlər diaspordakı erməni icmalarının üzvləridir.
Erməni daşnak yazıçısı Karen Xurşudyan: "İrəvanla Bakı arasında real sülh müqaviləsinə nail olmağın yeganə yolu Ermənistanın hərbi cəhətdən güclənməsidir"
Xüsusilə, Fransadakı erməni icması birmənalı şəkildə sülh müqaviləsinə qarşı bəyanatlar səsləndirirlər. Nəzərə alsaq ki, son günlərdə Fransanın Azərbaycana qarşı qeyri-ciddi fəaliyyəti də mövcuddur, bu zaman qənaətə gəlmək olar ki, onlar Makron planının icraçılarıdırlar.
Digər tərəfdən, Marseldəki Abovyan kollecinin rəhbəri, daşnakçı yazıçı Karen Xurşudyan sülh müqaviləsinə qarşı çıxdığını belə ifadə edib: "İrəvanla Bakı arasında real sülh müqaviləsinə nail olmağın yeganə yolu Ermənistanın hərbi cəhətdən güclənməsidir".
Məhz bu cür təhlükəli fikirlər səsləndirən ermənilərin məqsədi aydındır - heç bir avropalı Ermənistanın sərhədlərini tam müdafiə etməyə gəlməyəcək, heç bir avropalı Azərbaycanı Haaqa Məhkəməsinin qərarını yerinə yetirməyə məcbur etməyəcək. Əsl sülh müqaviləsi ancaq hərbi paritet şəraitində imzalana bilər...
Revanşçı erməni: "Bu yolda xarici oyunçularla ümumi maraqların yaradılması vacibdir"
Xurşudyanın sözlərinə görə, Fransa Ermənistanın hərbi baxımdan gücləndirilməsinin vacibliyini çox yaxşı anlayır. "Ermənistan öz xarici siyasət əlaqələrini şaxələndirməyi bacarmalıdır, özü üçün lazımi fayda əldə etməlidir. Bu yolda xarici oyunçularla ümumi maraqların yaradılması vacibdir. Əks halda başqaları həmişə İrəvandan öz məqsədləri üçün istifadə edəcək", - deyə daşnakçı yazıçı Xurşudyan deyib.
Nəticə isə belədir ki, revanşçı qüvvələr bu vasitələrlə, əslində, Azərbaycana qarşı deyil, Ermənistana qarşı mövqe sərgiləyirlər. Əgər belə davam edərsə, bu siyasət Ermənistanın sonu ola bilər. Çünki ortada tarixi Qərbi Azərbaycan faktoru da var. Onlar bu reallığı qətiyyən unutmamalıdırlar.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB