"Fransa nə hüquqi, nə də mənəvi cəhətdən düzgün hərəkət etmir" - ŞƏRH EDİLDİ

"Fransa nə hüquqi, nə də mənəvi cəhətdən düzgün hərəkət etmir" - ŞƏRH EDİLDİ

"Fransa nə hüquqi, nə də mənəvi cəhətdən düzgün hərəkət etmir. Birincisi, Təhlükəsizlik Şurasının daimi üzvlərinin vəzifəsi dünyada sülhü və sabitliyi bərqərar etməkdə zəmanət rolunu oynamaqdır. Amma realda biz Fransanın Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün addımlar atdığının şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu dövlət regionda separatçılığın dəstəklənməsi, ölkələrin ərazi bütövlüyünün pozulması üçün açıq-aşkar siyasət yürüdür: "Bütün bunlar yolverilməzdir. Fransanın tarixinə, adına yaraşmayan hərəkətlər müşahidə edirik. Fransanın indiki prezidentinin anti-Azərbaycan siyasəti ilk növbədə dövlətin öz siyasi imicinə zərbə vurur. Bu gün Fransanın kiçik dövlətləri əzmək və onları təsiri altına almaq üçün orta əsrlər təfəkkürü, müstəmləkəçilik ideologiyası ilə hərəkət etdiyinin şahidi oluruq".

Deputat bildirib ki, bununla belə artıq neçənci dəfədir ki, Fransanın anti-Azərbaycan fəaliyyətinə qarşı dövlətimiz çox qətiyyətli və önəmli addımlar atır: "Bundan sonra da atmağa davam edəcək. Fransanın isə Azərbaycana qarşı fəaliyyətinin qiymətini zaman özü verir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə