“Çar Rusiyasının Azərbaycana vurduğu ən ağır zərbə bir xalqı iki yerə parçalaması oldu. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrdən sonra Araz çayı sərhəd olmaqla Azərbaycan iki yerə parçalandı. Bununla da Şimali Azərbaycan və Cənubi Azərbaycan məfhumları yarandı. Təbii ki, Şimali Azərbaycan Çar Rusiyasına mənsub oldu, onun işğalı altına düşdü və hər şey azərbaycanlılardan alındı. Ermənilərin bu əraziyə köçürülməsi ilə bir tərəfdən çar zülmü, digər tərəfdən də ermənilərin Azərbaycan torpaqlarına sahib olması ilə azərbaycanlı əhali üçün ağır günlər başladı. Təbii ki, 1918-1920-ci illərdə Cümhuriyyət də yalnız Şimali Azərbaycan torpaqlarında mövcud ola bildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Deputat bildirib ki, Sovet dönəmində birmənalı olaraq Vətən SSRİ adlanır, Vətənin paytaxtı isə Moskva idi: “Nəhayət, 1980-ci illərin sonlarında Sovet dövlətinin çöküşü ərəfəsində ilk dəfə olaraq Araz çayı sahillərində Naxçıvandan və Naxçıvana sərhəd olan Azərbaycan torpaqlarında xalq biri-birini səsləyirdi. Bu çağırışlar bir xalqın ayrı-ayrı dövlətlərdə olmasına baxmayaraq, biri-birinə həmrəy olmasına işarət idi.
Sovet dövləti göz görə-görə Azərbaycan torpaqlarını Ermənistana verirdi. Bu baxımdan da, həmrəy olmağımıza böyük ehtiyac var idi. Təsadüfi deyil ki, 1991-ci ildə Heydər Əliyevin sədrliyi ilə Naxçıvan parlamentində Dünya Azərbaycanlılarının Həmrəyliyi məsələsi gündəmə gətirildi. Ölkəmiz həmrəy olmaqla yanaşı, həm də multikultural dövlət olaraq hər zaman seçilib. Xüsusilə də, biz bu həmrəyliyin ölkəmizə verdiyi dəyəri 44 günlük Vətən müharibəsi zamanı da görmüş olduq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB