"Azərbaycan-Çin münasibətləri ölkəmiz üçün çox vacibdir" - NAZİR BİLDİRİB

"Azərbaycan-Çin münasibətləri ölkəmiz üçün çox vacibdir" - NAZİR BİLDİRİB

"Azərbaycan və Çin münasibətləri ölkəmiz üçün çox vacibdir. İki ölkə liderləri arasında çox xoş və səmimi münasibətlər mövcuddur". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Biz Çinin Mərkəzi Asiyaya marağının şahidiyik. O cümlədən Çinin bizim bölgəyə, Azərbaycana artan marağını görürük. Son dövrdə Azərbaycan və Çin arasında münasibətlərdə müsbət dinamika hiss edilir. Hazırda Çin və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün konkret təkliflər üzərində işlər gedir. Düşünürəm ki, yaxın zamanlarda onların reallaşmasının şahidi olacağıq”,- deyə o qeyd edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə