"Ölkəmiz Türk Dövlətləri Təşkilatı ilə münasibətlərə xüsusi önəm verib" - NAZİR BİLDİRİB
"2023-cü ildə Azərbaycan tərəfi İslam Əməkdaşlıq Təşkilatına da öz töhfəsini verməyə davam edib. İƏT xarici işlər naziri şurasında Xocalı soyqırımı, mədəni-tarixi abidələrin dağıdılması, eləcə də Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı bəyanatlar qəbul edilib". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
“Azərbaycan, həmçinin 2023-cü ildə Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlət birgə məqsədyönlü layihələr həyata keçirib və Uqanda ilə sədrlik təcrübəsini bölüşüb. Ölkəmiz Türk Dövlətləri Təşkilatı ilə münasibətlərə də xüsusi önəm verib. 3 noyabrda TDT-nin 10-cu yubiley zirvə görüşündə Azərbaycanın suverenliyinin bərpası tam alqışlanıb”, - deyə nazir əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB