"Aİ-nin Serbiyada inqilablar gerçəkləşdirmə ssenarisi realdır" - ŞƏRH EDİLDİ

"Aİ-nin Serbiyada inqilablar gerçəkləşdirmə ssenarisi realdır" - ŞƏRH EDİLDİ

"Kosovo məsələsi böyük ölçüdə Kosovanın müstəqilliyi ilə həll ediləcək". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Onun sözlərinə görə 2008-ci ildən etibarən aralarında Aİ üzvlərinin də yer aldığı Kosovanın müstəqilliyini tanıyan kifayət qədər dövlətlər var: "Bu baxımdan Serbiyanın məsələni ərazi bütövlüyü prinsipindən həll etməsi çətin görünür. Buna baxmayaraq Aİ-nin Serbiyada inqilablar gerçəkləşdirmə ssenarisi realdır. Faktiki olaraq qərb bunu təkcə Serbiyada deyil, Cənubi Qafqaz ölkələrində, keçmiş sovet ölkələrində, mərkəzi Asiya ölkələrində də edir. Bu istiqamətdə müxtəlif fondlar, təşkilatlar aktiv şəkildə iştirak edir və bunların maliyyəsi də elə qərbdən gəlməkdədir".

T.Rzayev bildirib ki, mövcud Serbiya hakimiyyəti qərbin maraqlarına uyğun gəlmir: "Xüsusilə Kosovo məsələsində kompromisə getmədiyi üçün qərb bu hakimiyyətin qalmasını istəmir. Serbiya Prezidenti Aleksandır Vuçiç Rusiyaya da yaxınlığı ilə seçilən liderdir. Daha doğrusu Vuçic qərblə Rusiya arasında balanslı siyasət yeritməyə çalışır amma Avropanın mərkəzində olan bir ölkənin belə bir siyasət aparması görünür qərb üçün məqbul deyil".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə