Fransa öz diplomatlarının Azərbaycandan çıxarılmasına cavab verib?
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın hərəkətlərinə cavab olaraq, respublikanın Parisdəki səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə Fransa Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşını persona non-qrata elan etmişdi.
Səbəb kimi onların diplomatik statusa uyğun olmayan və Vyana Konvensiyasına zidd fəaliyyət göstərmələri olub.
Qeyd edək ki, onlara ölkəni tərk etmək üçün iki gün vaxt verilib.
...Fransa cavab tədbiri olaraq Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşını persona non qrata elan edib.
Bunu Fransa Xarici İşlər Nazirliyindən bildirilib.
Onu da qeyd edək ki, bu barədə məlumat artıq Azərbaycan səfirinin diqqətinə çatdırılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB