“Azərbaycanla Çin arasında əlaqələr sürətlə inkişaf edir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanla Çin arasında əlaqələr sürətlə inkişaf edir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

”Bu gün Azərbaycanla Çin arasında əlaqələr sürətlə inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Deputat sözlərinə belə davam edib: “Çin Respublikasının sədrinin cənab Prezidentə təbrikində də bir çox məsələlər öz əksini tapıb. Məktubda Azərbaycan və Çinin qarşılıqlı etimad və cənab Prezidentin bu əlaqələrin gücləndirilməsi istiqamətində atdığı addımlardan geniş bəhs edilir.

Bu gün Azərbaycan da Çinlə əlaqələrinin inkişafına xüsusi önəm verir. Çin bizim üçün önəmli dövlətlərdən biridir. Artıq Çin dünyanın əsas siyasi mərkəzlərindən birinə çevrilib, Orta dəhliz lahiyəsi çərçivəsində bir sıra birgə lahiyələr icra olunur, addımlar atılır və bu istiqamətdə müəyyən işlərin görülməsi üçün də birgə səylər və addımları biz açıq-aydın görürük. O mənada hesab edirəm ki, bu məktub həm də əlaqələrin gücləndirilməsi istiqamətində çox mühüm məqamları əhatə edir.

Bütün bunlar onu göstərir ki, Çinlə Azərbaycan arasında əlaqələr perspektivi çox yüksəkdir. Bu əlaqələr ən yüksək formada inkişaf edir və əlbəttə ki bu da əlaqələrimizin daha da inkişafına, möhkəmlənməsinə birmənalı olaraq öz töhfəsini verəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə