"Fransa Aİ daxilində də separatçı və ayrımçı siyasət yürüdür" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Fransanın son addımlarına nəzər salsaq bu ölkənin xarici siyasətinin iflasa uğraması qənaətinə gəlmək olar. Avropanın aparıcı ölkəsi olaraq Fransanın indiki hakimiyyəti yaxşı münasibətlərdə olduğu ölkələrlə münasibətlərə ciddi zərbə vurdu, öz müstəmləkəsi olduğu ölkələrə hələ də çox ədalətsiz davranır, adektvat olaraq bu ölkələrdə də Fransaya qarşı hiddət çoxalır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, Fransa Avropa İttifaqı daxilində də separatçı və ayırımçı siyasət yürüdür: "Bugün Avropa İttifaqında ciddi çatlar yaranıb, faktiki bəzi Şərqi Avropa dövlətləri bugün Fransa kimi dövlətlərin Aİ daxilində yürütdüyü siyasətə barışmaz mövqe sərgiləyir, çünki bu siyasət Şərqi Avropa dövlətlərini ciddi böhrana sürükləyir. Bu ölkənin yanlış yaxın Şərq və Afrika siyasəti bu gün Şərqi Avropada ciddi miqrasiya böhranı yaradıb. Fransanın Qafqaz siyasəti də öz yanlışlığını biruzə verib, açıq aşkar dövlətlərin daxili işlərinə qarışmaq və dövlətlərin maraqlarının əleyhinə yönəlmiş agentura şəbəkəsi formalaşdırmaq bu ölkənin nüfuzuna ciddi zərbə vurur. Əlbəttə ki, belə addımlar Fransanın dominant olduğu beynəlxalq təşkilatlara inamı ciddi şəkildə sarsıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB