Moskva Dövlət Tibb Universitetinin rektoru Azərbaycan Prezidentini təbrik edib
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Peşəkar siyasi xadim və Vətəninə sadiq insan kimi Siz öz həmvətənləriniz arasında və ölkənizdən xaricdə yüksək nüfuza maliksiniz.
Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə təqdirəlayiq uğurlara nail olub və gələcəyə əminliklə baxır.
Ölkənizə tərəqqi, şəxsən Sizə isə möhkəm cansağlığı və ailə səadəti arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB