BMT Azərbaycanda 2 azad edilmiş kəndin layihələndirilməsinə dəstək göstərəcək - ANAR QULİYEV
UN-Habitat (BMT-nin Məskunlaşma Proqramı) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olan kəndlərdən ikisinin lahiyələndirilməsində iştirak edəcək. SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirb ki, UN-Habitat tərəfindən layihələndiriləcək kəndlərin biri dağlıq, digəri isə düzənlik ərazidə yerləşir.
A.Quliyev vurğulayıb ki, UN-Habitat-ın təşəbbüsü ilə insanyönümlü "ağıllı şəhər"lər üzrə beynəlxalq təlimat hazırlanmasına başlanılıb və bunun üçün geniş tərkibli ekspertlər qrupu formalaşıb ki. Bu qrupa 2Azərbaycan eksperti də daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB