Qızıl Aypara Cəmiyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Prezident İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiyini bəyan edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov Cəmiyyətin növbədənkənar XXVI Baş Məclisində çıxışı zamanı deyib.
"Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası istiqamətində Prezident tərəfindən atılan addımlar uğurlu siyasətin parçasıdır", - o deyib.
Novruz Aslanov əhalinin rifah halının yüksəldilməsi məqsədilə görülən işləri də xüsusilə vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB