“Seçkiləri “boykot” etmək su bulandırmaqdan başqa bir şey deyil” - DEPUTAT DANIŞDI
“Seçkiləri “boykot” edənlər Azərbaycanda seçicilərin 1000-də bir faizini belə təşkil etmir. Digər tərəfdən siyasi partiyanın yaradılmasında müəyyən bir məqsəd olur ki, mübarizə apararaq hakimiyyətə gəlinsin. Bu isə yalnız seçkilər yolu ilə baş verə bilər. Lakin bu cür siyasi partiyaların seçkiləri “boykot” edərək, hansı yolla seçkilərə gəlmək fikrində olmaları çox maraqlıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycanda hakimiyyətə gəlməyin yeganə yolu seçkilərdir: “Seçkilərin “boykot” edilməsi “cığallıq” etməkdir. Eyni zamanda, seçkiləri “boykot” edən siyasi partiyalar bu və ya digər formada seçkilərə xələl gətirmək fikrindədirlər.
Hakimiyyətə gəlmək istəyən partiya seçkilərdə iştirak etməlidir ki, xalqın etimadını qazanıb-qazanmadığı bilinsin. Lakin seçkilərdən qaçmaq, “boykot” etmək su bulandırmaqdan başqa bir şey deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB