Ermənilərin basdırdığı minalar hələ də böyük təhlükə törədir - Türkiyənin vitse-prezidenti
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ermənilərin basdırdığı minaların hələ də böyük təhlükə törətdiyini bildirib. SİA xəbər verir ki, o, bu fikri dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən səsləndirib.
Türkiyənin vitse-prezidenti tarixi qələbə və Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə bir daha təbriklərini çatdırıb, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin Türkiyədə böyük sevinclə qarşılandığı vurğulayıb. Bu xüsusda ermənilər tərəfindən basdırılmış minaların hələ də böyük təhlükə törətdiyi və yenidənqurma işlərinə mane olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB