Xarici dairələrə köləlik edən radikallar sifariş yerinə yetirir – DEPUTATIN ŞƏRHİ
“Müxalifət əvvvəlki ampluasındadır, seçkilərdə nəinki qalib gəlməyin, hətta namizədlik üçün səsləri toplamağın mümkünsüz olduğunu anlayaraq əvvəlcədən “tədbirlər” görür. Siyasi partiyanın birinci funksiyası seçkilərdə iştirak, öz mövqeyini, planlarını, ölkənin gələcəyi üçün siyasi, iqtisadi və digər sahələri əhatə edən konsepsiyaları ortaya qoymaq, xalqın gəlcəyinə hesablanmış proqramları seçicilərlə bölüşməkdir. Bu xətt yoxdursa, müxtəlif bəhanələrlə seçkilərdən yayınırsa, deməli həmin siyasi təşkilatın xalqa verəcəyi heç nə yoxdur. Bu gün özünü xalqa “xilaskar” kimi sırımağa çalışan qaragüruh aydın dərk edir ki, cənab İlham Əliyevə bu gün Azərbaycanda rəqib yoxdur, məhz cənab Prezidentin iradəsi, strateji baxışları sayəsində və rəhbərliyi altında Azərbaycan şanlı ordusu torpaqlarımızı işğaldan azad etdi və Azərbaycan xalqı sözsüz ki, cənab İlham Əliyevin mandatının yenilənməsində yaxından iştirak etmək istəyir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, seçkilərə qərəzli boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır: “Sağlam rəqabətin əvəzinə təxribatları seçənlər “kirli” siyasi texnologiyalardan istifadə etməklə cəmiyyətdə ruh düşkünlüyü yaratmağa cəhd edirlər. Əslində bütün bunlar köhnəlmiş texnologiyaların təzahürüdür. Boykot çıxış yolu deyil, bu metodla siyasi rəqabət aparmaq olmaz. Siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirir. Radikal təfəkkürün əsasında yalnız kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanıb. Radikalların sıraları o qədər seyrəkdir ki, onların seçkilərdə iştirak edəcəyini də təsəvvür etmək, sadəcə, qeyri-mümkündür. İdeologiyası ancaq xarici donorlardan pul dilənmək olan bu zümrənin xalqa hansı xeyiri dəyə bilər? 30 il müxalifətçilik etməkmi olar? Partiya ən uzağı iki, ya üç seçkilərdən sonra özündə dəyişiklik etməyi bacarmalıdır. Əks təqdirdə nəinki seçkilərdən, hətta siyasət səhnəsindən də çəkilməlidir. Bunlar isə 6 prezident, 6 parlament və təxminən 4 bələdiyyə seçkilərini uduzublar. Həm də 10 faizlik baryeri belə aşa bilməyiblər. Əvəzində iğtişaşlara, etiraz aksiyalarına və digər destruktiv əməllərə imza atıblar. Ən əsası isə Azərbaycanı beynəlxalq arenada nüfuzdan salmaq üçün müxtəlif dairələrin sifarişlərini yerinə yetiriblər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB