“Qalib xalqın, qalib Prezidenti olmalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qalib xalqın, qalib Prezidenti olmalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Məlumdur ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü keçirilən iclasında seçki gününün 2024-cü il fevralın 7-də keçirilməsinə qərar verilib, qurumun bəyanatında qeyd edilib. Komissiyanın cümə günü dərc etdiyi təqvim planına əsasən, prezidentliyə namizəd olmaq istəyən şəxslər 2023-cü ilin dekabrın 19-dan, 2024-cü il yanvarın 8-i axşam saat 18:00-dək namizədliyin qeydə alınması ilə bağlı seçki sənədlərini MSK-ya təqdim etməlidirlər. Bir sıra müxalifət nümayəndələri növbədənkənar prezident seçkiləri ilə bağlı müxtəlif neqativ fikirlər səsləndirirlər. SİA mövzu ilə bağlı deputat Ülviyyə Həmzəyevanın fikirlərini öyrənib.

Ülviyyə Həmzəyeva bildirib ki, qalib xalqın, qalib Prezidenti olmalıdır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nəyi, nə zaman edəcəyini çox gözəl bilir”.

Deputat sözlərinə belə davam edib: “Əminəm xalqımız və vətəndaşlarımız sonunadək öz liderinin yanındadır. İndi diaqnoz axtaranlar isə, Qarabağ probleminə 30 ildir dərman tapa bilmirdilər”.

Xatırladaq ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu növbədənkənar prezident seçkiləri ilə bağlı "İndi ən vacib məsələlərdən biri də bu qəfil seçkinin əsl səbəbini müəyyən etməkdir. Sanki xəstəyə düzgün diaqnoz qoymaq kimi" fikirlər söyləmişdi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə