"Bütün Azərbaycan xalqı dövlət başçısının bu humanist addımını təqdir edir" - DEPUTAT FİKİR BİLDİRDİ

"Bütün Azərbaycan xalqı dövlət başçısının bu humanist addımını təqdir edir" - DEPUTAT FİKİR BİLDİRDİ

"Azərbaycanlı hərbçilər Hüseyn Axundov və Aqşin Bəbirov əsirlikdən azad olundu. Bu, təkcə əsirlikdən azad olunmaq deyil. Bu, Azərbaycanın dövlət başçısının öz əsgərinə olan məhəbbətinin nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev təki onun cinayətdə suçlanan, amma cinayəti olmayan iki əsgəri evinə, ailəsinə, vətəninə qovuşsun deyə, düşmənin 20-dən çox cinayət törətmiş hərbçisini azad edib: "Bu addım Azərbaycan dövlət başçısının humanizmi, əsgərinə olan məhəbbəti, anaların göz yaşları axmasın deyə onlara olan böyük ehtiramıdır".

"Hamı bilirdi ki, bu əsgərlər həqiqətən hava şəraiti ilə bağlı Naxçıvan ərazisindən Ermənistana keçib. Daha sonra isə düşmən tərəf min oyundan çıxdı. Onlara gah 15 il iş, gah da ömürlük həbs cəzası verdilər. Çünki düşmən bilirdi ki, Azərbaycan ərazisində 44 günlük müharibədən sonra terror aktı törətmək istəyən qüvvələr həbs olunub və onlar həqiqətən də böyük cinayət törətmişdilər. Amma Azərbaycanın və dövlət başçısının humanizmi məlum idi. Ona görə də bu insanlar öz evlərinə qayıtdılar. Artıq onlar da bizim kimi qalib xalq olduqlarını hiss etsin və anaları rahat yaşasın deyə Azərbaycan Prezidenti bu humanist addımı atdı.

Əminəm ki, gələcəkdə bu tarix yazılanda həm Azərbaycan dövlətinin yeritdiyi uğurlu siyasət, 44 günlük müharibə, 1 sutkalıq antiterror tədbirləri, eyni zamanda öz vətəndaşı öz yuvasında rahat yaşasın deyə dövlət başçısının atdığı bu addımı xüsusilə qeyd ediləcək. Bütün Azərbaycan xalqı dövlət başçısının bu addımını təqdir edir və əsirlikdən azad olunmuş övladlarımıza, onların ailələrinə gözaydınlığı verir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə