“İqlim dəyişikliyi ilə bağlı BMT-nin keçirdiyi beynəlxalq konfrans dünyanın nüfuzlu tədbirlərindən hesab edilir. Artıq bir ənənə halını alaraq, ildə bir dəfə region ölkələrindən birinin ev sahibliyi ilə baş tutur. Azərbaycanın Şərqi Avropa ölkələri ilə apardığı danışıqlar nəticəsində region ölkələrinin bir qismi namizədliyini geri götürdü və bütövlükdə Azərbaycan dəstəkləndi. Bu yüzdən çox dövlət və hökumət başçısının Azərbaycana gəlməsinə səbəb olacaq. Həmçinin dünyanın diqqətinin bir daha Azərbaycana yönəlməsində, dövlət quruculuğu məsələlərində, ekologiyanın qorunması siyasətində, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı yenidənqurma və bərpa işlərin dünyaya çatdırılmasında mühüm rol oynayacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, konfransın Azərbaycanda keçirilməsi ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı ölkəmizin həyata keçirdiyi işlərin təqdimatının keçirilməsi baxımından da mühüm rol oynayacaq: “COP29 beynəlxalq konfrans Azərbaycanın bir daha dünya ictiamiyyətinə tanıdılmasına böyük dəstək olacaq. Hazırda da tədbir üçün ciddi hazırlıq işləri görülür. İnanırıq ki, COP29 konfransı keçirildiyi zaman özünün önəmi və ciddi hazırlığı ilə bütün diqqətləri üzərinə cəlb edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB