“Azərbaycana dünya birliyi tərəfindən diqqət artır“ - ŞƏRH EDİLDİ
“İşğaldan azad edilmiş ərazilərə köç prosesinin başlaması bilavasitə ərazilərin bərpası ilə bağlıdır. Həmin ərazilərdə yol infrastrukturu, elektrik enerjisi və qaz ilə təchizat kimi bir çox həyati baxımından vacib amillər dağıdılmış, yararsız halda idi. Hazırda da həmin ərazilərdə gedən bərpa və yenidənqurma işləri Prezident İlham Əliyev tərəfindən yaxından izlənilir və işlər sürətli şəkildə davam etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, Azərbaycana dünya birliyi tərəfindən diqqət artır: “Azərbaycana qarşı aparılan qara PR da bizi işimizdən döndərə bilməyəcək. Çünki həyata keçən məsələlər bizim üçün taleyüklü, strateji əhəmiyyətli məsələlərdir.
Böyük Qayıdış proqramı özlüyündə mühüm və xüsusi əhəmiyyət daşıyır. Çünki dünyada indiyə kimi belə bir şey görülməmişdi. Çünki bizim işğal edilən torpaqlarımızın hər qarışı addım-addım ermənilər tərəfindən dağıdılıb, viran qoyulmuşdu. Bunu yalnız ermənilər kimi barbarlar edə bilərdi. İndi isə viran qoyulmuş həmin ərazilərdə Azərbaycan tərəfindən ağıllı kənd və şəhərlər salınır. Bütün bunlar azad olunmuş torpaqlara verdiyimiz dəyərin və bizim həmin ərazilərin əsl sahibi olmağımızın göstəricidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB