“İsrailin Qəzzada yerüstü hərbi əməliyyatlar keçirməsi bir sıra ölkələrdə narazılığa səbəb olub. İsrailin fəaliyyətini də tənqid edirlər. Bu xüsusda məhz atəşkəsin elan olunması, BMT qətnamələrinin icrası və bu istiqamətdə regionda iki dövlətin birgə fəaliyyətinin tənzimlənməsinə dair müxtəlif çağırışlar eşidirik”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, BMT-də, Qəzzada dərhal atəşkəsin əldə olunmasına dair səsvermə keçirilib: “Çoxsaylı dövlətlər eyni fikirdən çıxış ediblər. Səsvermə nəticələrinə də baxandan görür ki, beynəlxalq birliyin əsas çağırış məhz atəşkəsin elan olunması istiqamətindədir və bu ideyanı dəstəkləyirlər. Əlbəttə, biz dünyanın istənilən bölgəsində atəşkəsin elan olunması və bütün məsələlərin siyasi - diplomatik danışıqlar müstəvisindən həll olunmasının, dinc yollarla aradan qaldırılmasının tərəfdarıyıq. Lakin təəssüflə olsun ki, güc və müharibə yolu ilə, eskalasiya vasitəsilə müxtəlif məqsədlərə nail olmaq tərəfdarı olan dövlətlər də tapılır. Düşünürəm ki, çox tez bir zamanda bu humanitar fəlakətə son qoymaq lazımdır. Ümid edirəm ki, İsrail - Fələstinə arasında bu müharibə bitər və tezliklə Yaxın Şərq bölgəsində dayanıqlı sülh, təhlükəsizlik mühiti təmin olunar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB