“İsrail hərəkatı dayandıra bilər” -MÜNASİBƏT

“Burada ABŞ bir nömrəli qlobal oyunçudur. Yəni dünyanın taleyini həll edəcək bir nömrəli dövlətdir. Artıq onunla müqayisə ediləcək və yaxud onunla mübahisə edəcək heç bir dövlət yoxdur. Bir tərəfdən Rusiya vardı və Rusiyadan öncə SSRİ vardı az çox nədəsə ABŞ-ın qarşısına çıxa bilirdi. İndi isə küncə sıxışdırılmış, zəiflədilmiş haldan düşmüş Rusiya var”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Çin isə küncə çəkilib öz işi ilə məşğuldur: “Dünyanın gərdişini müəyyən edəcək dövlət ABŞ-dır. Xatırlayırsınızsa, oktyabrın 7-də HƏMAS İsrailə hücuma başlarkən ABŞ elə ilk gündən İsrailin tərəfində olduğunu göstərdi, ABŞ dövlət katibi İsrailə səfər etdi və səfər edərkən “mən buraya sadəcə ABŞ dövlət katibi kimi deyil, bir yəhudi kimi gəlmişəm” dedi. Yəni bütün bunları xatırlayırıq. Əlbəttə ki, zamanla müəyyən məsələlər həllini tapdı, İsrail HƏMAS-ı faktiki olaraq darmadağın edib. Baxmayaraq ki, HƏMAS dirənməyə davam edir. Nəticə etibarilə eyni zamanda HƏMAS-ın günahı ucbatından QƏZZA darmadağın edilib. Belə ki, HƏMAS-ın o terror aktı olmasaydı təbiidir ki, İsrail hərəkətə keçməyəcəkdir. O leqal hərbi hədəfləri məhv etmək üçün bombalar yağdırmayacaqdır. Amma bütün bunlar baş verib artıq İsrail dediyim kimi HƏMAS-ı darmadağın edib, küncə sıxışdırıb və əldən salıb. Ona görə də, ABŞ artıq hesab edir ki, bu müharibənin dayandırmağın vaxtı çatıb. ABŞ özünü bir növ sülh tərəfdarı kimi göstərməyə çalışır. Onların başqa cür davranacaqını da düşünmək olmazdı. Ümumilikdə götürəndə isə, qeyd etdiyim kimi, ABŞ dünyanın bir nömrəli qlobal gücüdür və nəyi necə etməsi ilə bağlı da heç kimsəyə hesab vermir. Bu baxımdan yəqin ki, ABŞ-da hesab edirlər ki, artıq HƏMAS və HƏMAS-ın arxasındakılar yetərincə cəzalandırıldı və beləliklə də, İsrail hərəkatı dayandıra bilər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə