"Bərpa olunmuş şəhər və kəndlərimizə qayıdış başlayıb" -MÜNASİBƏT

“Qarabağa Böyük Qayıdış çox böyük bir tarixi hadisədir. Bir zamanlar arzusunda olduğumuz, həsrətini çəkdiyimiz torpaqlar işğaldan azad olundu və bu gün artıq Qarabağ Azərbaycanındır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, çox böyük layihə həyata keçirilir bu layihə ölkə büdcəsinin böyük hissəsinin xərclənməsi hesabına başa gəlib: “İşğaldan azad edilmiş rayonlarının hamısının mərkəzlərinin tikinti layihələri hazırlanıb və həmin işlər həyata keçirilməkdədir. Ermənilərin 30 il ərzində dağıldıqları torpaqlarda son 3 il ərzində böyük tikinti bərpa işləri həyata keçirilir. Bu gün suveren Azərbaycanımızın ayrılmaz parçası olan Qarabağımızda böyük quruculuq işləri həyata keçirilir. Bərpa olunmuş şəhər və kəndlərimizə qayıdış da başlayıb. Yəni, Azərbaycan işğaldan azad olunmuş ərazilərə qayıdış proqramını uğurla həyata keçirir. Bir sözlə, tezliklə ata-baba yurdlarına qayıdıb firavan həyatlarını yaşayacaqlar, insanlarımız öz əzəli ata-baba yurdlarına geri dönürlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə