“Prezidentin çıxışı dünya mətbuatında böyük marağa səbəb oldu” - POLİTOLOQ ŞƏRH ETDİ

“Cənab Prezident ADA Universitetində Azərbaycana qarşı əsassız informasiya hücumlarından bəhs etdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, dövlət başçısı müharibə dövründə olduğu kimi təkcə Silahlı Qüvvələrin Ali Baş Komandanı və ölkənin rəhbəri deyil, eyni zamanda informasiya cəbhəsinin də lideri olduğunu növbəti dəfə nümayiş etdirdi: “Bununla ölkə başçısının bütövlükdə bu tip forumlarda Azərbaycan maraqlarını və Azərbaycan mövqelərini necə ustalıqla və yüksək səviyyədə nümayiş etdirdiyini növbəti dəfə görmüş olduq. Bütövlükdə cənab Prezidentin ADA universitetindəki çıxışı Azərbaycana qarşı yönəlmiş yalanların da darmadağın edilməsi ilə nəticələndi. Avropanın siyasi institutlarının rəhbər şəxslərinin birmənalı mövqeləri ölkə başçısı tərəfindən qınanıldı. İstənilən halda Prezidentin çıxışı dünya mətbuatında da böyük marağa səbəb oldu”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə