“Səbail”in futbolçusu əməliyyat olunub

“Səbail”in futbolçusu Süleyman Əhmədov əməliyyat olunub. SİA-nın xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Premyer Liqanın XV turunda “Araz-Naxçıvan”la (1:1) keçirilən oyundan əvvəlki məşqlərin birində zədələnən yarımmüdafiəçi bu gün Türkiyənin İstanbul şəhərində tanınmış cərrah Prof.Dr. Berkin Tokey tərəfindən uğurlu əməliyyat keçirib.

S.Əhmədovun 2 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə