Prezident Qarabağa qayıdışı hər gün daha yaxınlaşdırır – ŞƏRH EDİLDİ

Prezident Qarabağa qayıdışı hər gün daha yaxınlaşdırır – ŞƏRH EDİLDİ

ADA Universitetində "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloqun iştirakı bu tədbirin nə qədər önəmli olduğundan xəbər verir. Müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər təhlil olundu, aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Bu gün Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı var. Prezident İlham Əliyevin dediyi kimi: "Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir”. Ermənistan tərəfindən torpaqlarımız işğal edildiyi dövrdə Minsk qrupu da daxil olmaqla bəzi beynəlxalq təşkilatlar münaqişənin hərbi yollla həllini istisna hal kimi irəli sürürdülər, danışıqlar isə səmərə vermirdi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu gün torpaqlarımız işğaldan azad edilib və həmin ərazilərdə bərpa işləri həyata keçirilir: “Böyük Qayıdışa artıq start verilib. Prezidenti İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, yeni obyektlərin, yaşayış evlərinin, istehsal müəssisələrinin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi işlərin daha səmərəli və keyfiyyətli olacağından xəbər verir. Bütün bunlar Prezidentin məqsədyönlü siyasətinin məntiqi nəticəsidir. Azərbaycan görülən işləri, həyata keçirilən meqalayihələri yalnız özünün maliyyə resursları hesabına aparır. Yeni şəhər və kəndlər inşa edilir. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Prezidenti İlham Əliyev beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandırdı. Bildirdi ki, sülh prosesinin təşəbbüskarı Azərbaycan tərəfi olub. Biz Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə