“Səfər baş tutan mühüm görüşlərlə yadda qalıb” - POLİTOLOQ ŞƏRH ETDİ

“Səfər baş tutan mühüm görüşlərlə yadda qalıb” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliyinə səfəri zamanı çox mühüm görüşlər keçirdi. COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün BƏƏ-ə səfər edən cənab Prezident orada BƏƏ-nin prezidenti ilə görüşüb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Politoloq bildirib ki, ölkə başçısı görüşün yüksək səviyyədə təşkili üçün BƏƏ prezidentinə təşəkkürünü bildirib:

BƏƏ şirkətinin vəsaiti ilə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsi və açılış mərasimində BƏƏ-nin 4 nazirinin iştirakı ölkələrimiz arasındakı münasibətlərin ən bariz nümunəsidir. Socar ilə Abu Dabi milli neft şirkətinin uğurlu əməkdaşlığı və birgə layihələrin əhəmiyyəti də görüş zamanı qeyd olunub.

Ölkə başçısı Dubayda BƏƏ-nin Milli Günü ilə bağlı keçirilən tədbirdə də iştirak edib. Səfər ümumilikdə baş tutan mühüm görüşlərlə yadda qalıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə